Muxtəsər təfsir
قَالَ يَـٰقَوْمِ لَيْسَ بِى ضَلَـٰلَةٌ وَلَـٰكِنِّى رَسُولٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ ﴿٦١﴾
Nuh qövmünün hakim və kübar təbəqəsində olan insanlarına dedi: "Mən heç də sizin iddia etdiyiniz kimi haqq yoldan azan bir kimsə deyiləm. Mən Rəbbimin haqq yolundayam. Mən, mənim, sizin və bütün aləmlərin Rəbbi olan Allah tərəfindən sizə göndərilmiş bir elçiyəm".