×
الأعرافAyə 71

Muxtəsər təfsir

قَالَ قَدْ وَقَعَ عَلَيْكُم مِّن رَّبِّكُمْ رِجْسٌ وَغَضَبٌ ۖ أَتُجَـٰدِلُونَنِى فِىٓ أَسْمَآءٍ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّا نَزَّلَ ٱللَّهُ بِهَا مِن سُلْطَـٰنٍ ۚ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ ﴿٧١﴾

Hud onlara cavab olaraq dedi: "Pis əməllərinizlə özünüzə Allahın əzabını və qəzəbini vacib etdiniz. Bu sizə mütləq baş verəcəkdir. Sizin və ata-babaları­nızın özlərindən uydurub ilah adlandırdıqları batil bütlər ba­­­rə­sində mə­nim­lə mübahi­səmi edir­si­niz? Halbuki Allah onların ilah olduğu iddianız barədə sübut etməyiniz üçün heç bir də­lil nazil et­məmişdir. Elə isə sizə tez gəlməsini istədiyiniz əzabın gəlişini gözləyin! Şüb­hə­siz ki, mən də sizinlə bir­likdə göz­ləyənlər­də­nəm. O əzab mütləq gələcəkdir".