Muxtəsər təfsir
وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَـٰلِحًا ۗ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥ ۖ قَدْ جَآءَتْكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ ۖ هَـٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةً ۖ فَذَرُوهَا تَأْكُلْ فِىٓ أَرْضِ ٱللَّهِ ۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ أَلِيمٌ ﴿٧٣﴾
Biz Səmud qəbiləsinə də qardaşları Salehi onları yalnız Allaha ibadət etməyə çağırmaq üçün peyğəmbər göndərdik. Saleh onlara dedi: "Ey qövmüm! Tək Allaha ibadət edin! Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. Artıq Allahdan sizə gətirdiyimin doğru olduğunu təsdiq edən açıq-aydın dəlillər gəldi. Buna misal qayadan çıxan bu dişi dəvəni misal göstərmək olar. Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. Onu Allahın torpağında otlasına mane olmayın. Onun ruzisi Bizə aiddir, bu işdə sizə aid olan bir şey yoxdur. Ona heç bir əziyyət verməyin, əgər ona əziyyət vermiş olsanız sizi ağrılı-acılı bir əzab yaxalayacaqdır!".