Muxtəsər təfsir
فَأَنجَيْنَـٰهُ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَـٰبِرِينَ ﴿٨٣﴾
Qövmünə Allahın əzabı gəlməzdən öncə Biz ona gecə vaxtı yaşadığı yurdundan çıxmağı əmr edərək onu və əhl-əyalını əzabdan xilas etdik. Yalnız arvadından başqa. O, qövmü ilə birgə qalanlardan oldu və onlara baş verən müsibət onada baş verdi.