Muxtəsər təfsir
قَدِ ٱفْتَرَيْنَا عَلَى ٱللَّهِ كَذِبًا إِنْ عُدْنَا فِى مِلَّتِكُم بَعْدَ إِذْ نَجَّىٰنَا ٱللَّهُ مِنْهَا ۚ وَمَا يَكُونُ لَنَآ أَن نَّعُودَ فِيهَآ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّنَا ۚ وَسِعَ رَبُّنَا كُلَّ شَىْءٍ عِلْمًا ۚ عَلَى ٱللَّهِ تَوَكَّلْنَا ۚ رَبَّنَا ٱفْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِٱلْحَقِّ وَأَنتَ خَيْرُ ٱلْفَـٰتِحِينَ ﴿٨٩﴾
Allah bizi Öz lütfü sayəsinsdə sizin etdiyiniz şirk və küfr əməllərdən xilas etdikdən sonra biz sizin doğru yolda olduğunuzu etiqad etmiş olsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Bütün bəşəriyyət Onun istəyinə boyun əydiyi üçün Rəbbimiz Allah istəməyincə bizim sizin batil dininizə dönməyimiz heç vaxt baş tutacaq bir şey deyildir. Rəbbimiz hər şeyi elmini əhatə etmişdir və bundan Ona heç bir şey gizli qalmaz. Allah bizi doğru yolda sabitqədəm etməsi və bizi Cəhənnəmə aparan yoldan qoruması üçün biz yalnız tək Allaha arxalanmışıq. Ey Rəbbimiz! Bizimlə kafir qövmümüz arasında haqqla hökm ver! Məzlum haqq sahibinə haqqsız zalıma qarşı kömək ol! Ey Rəbbimiz! Sən hökm verənlərin ən yaxşısısan!"