Muxtəsər təfsir
وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفًا لِّقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍ فَقَدْ بَآءَ بِغَضَبٍ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿١٦﴾
Kim düşmənə yenidən hücum etmək məqsədi ilə hiyləğərlik edib, onlara sanki özünün onlardan qaçdığını göstərib, bir tərəfə çəkilən və ya başqa bir müsəlman camaatından yardım istəmək məqsədi ilə onlara qoşulanlar istisna olmaqla, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, Allahın qəzəbinə düçar olar. Onun axirətdə qalacağı yer Cəhənnəmdir. Onun dönüş yeri necə də pis yerdir, onun gedəcəyi yer necə də pis yeridir.