Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱسْتَجِيبُوا۟ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَحُولُ بَيْنَ ٱلْمَرْءِ وَقَلْبِهِۦ وَأَنَّهُۥٓ إِلَيْهِ تُحْشَرُونَ ﴿٢٤﴾
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Allah və Onun rəsulu - səllallahu aleyhi və səlləm - sizi, sizə həyat verəcək haqqa çağırdığı zaman, Allahın və rəsulunun - səllallahu aleyhi və səlləm - əmrlərini yerinə yetirib, qadağalarından çəkindirərək Allah və Onun rəsulunun - səllallahu aleyhi və səlləm - çağırışına cavab verib, Ona təslim olun. Yəqin olun ki, Allah hər şeyə qadirdir. Siz haqqı inkar etdikdən sonra yenidən haqqa dönmək istədikdə O, sizin haqqa tabe olmanıza mane olmağa qadirdir. Elə isə Ona tərəf tələsin və bilin ki, siz qiyamət günü tək Allahın hüzuruna toplanacaqsınız. O zaman Allah sizə dünyada ikən etdiyiniz əməllərinizin müqabilini verəcəkdir.