Muxtəsər təfsir
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنفِقُونَ أَمْوَٰلَهُمْ لِيَصُدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً ثُمَّ يُغْلَبُونَ ۗ وَٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ ﴿٣٦﴾
Şübhəsiz ki, Allaha küfr edən kimsələr insanları Allah dinindən sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, lakin istədikləri heç vaxt həyata keçməyəcəkdir, sonra da var-dövlətlərini boş və faydasız yerə xərclədikləri üçün bunun peşmançılığını çəkəcək, daha sonra isə möminlərə məğlub ediləcəklər. Allaha kafir olanlar qiyamət günü Cəhənnəmə sürüklənəcəklər və onlar oda daxil olub, orada əbədi qalacaqlar.