Muxtəsər təfsir
إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُوا۟ فَهُمْ لَا يُؤْمِنُونَ ﴿٥٥﴾
Şübhəsiz ki, yer üzündə gəzib-dolaşan canlıların ən şərlisi Allaha və Onun Rəsullarına kafir olanlardır. Onlara Allahın bütün mövcüzələrini göstərsən də belə, öz küfürlərində israrlı olduqlarına görə əsla iman gətirməzlər. Onlar ağılları ilə haqqı düşünüb dərk etməyən, qulaqları ilə haqqı eşitməyən və gözləri ilə haqqı görməyən kimsələrdir.