Muxtəsər təfsir
وَإِمَّا تَخَافَنَّ مِن قَوْمٍ خِيَانَةً فَٱنۢبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَآءٍ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْخَآئِنِينَ ﴿٥٨﴾
Ey Peyğəmbər! Əgər bir qövmün əməllərindən şübhələnib səninlə bağladıqları əhdi pozacaqları ilə xəyanət etmələrindən qorxarsansa, bu zaman sən onlara əhdini pozduğunu bildir ki, hər iki tərəf bundan xəbərdar olsun. Onlarla bağladığın əhdi pozduğunu onlara bildirmədən onlara qəfildən hücum etmə. Çünki onlara bunu bildirmədən qəfildən hücuma keçməyin xəyanətdir. Şübhəsiz ki, Allah xainləri sevməz. Əksinə Allah xayinlərə əzab verər. Sən özünü xain olmaqdan qoru!