×
الأنفالAyə 61

Muxtəsər təfsir

وَإِن جَنَحُوا۟ لِلسَّلْمِ فَٱجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٦١﴾

Ey Peyğəmbər! Əgər onlar sülhə və həmçinin sizinlə döyüşməkdən əl çəkməyə meyl edərlərsə, sən də ona meyl et, onlarla əhd-peyman bağla, bundan sonra Allaha təvəkkül et və yalnız Ona arxalan. Əgər belə etsən Allah səni əsla köməksiz qoymaz! Həqiqətən, Allah, onların dediklərini sözləri eşidən­dir, etdikləri əməlləri və qəlblərində gizlətdikləri biləndir.