×
الأنفالAyə 66

Muxtəsər təfsir

ٱلْـَٔـٰنَ خَفَّفَ ٱللَّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا ۚ فَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌ صَابِرَةٌ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌ يَغْلِبُوٓا۟ أَلْفَيْنِ بِإِذْنِ ٱللَّهِ ۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ ﴿٦٦﴾

Ey möminlər! Allah sizin zə­if ol­duğunu bildiyi üçün sizin yükü­nü­zü yün­gülləşdirdi və sizə rəhm edərək bu sayı azaltdı. Belə ki, sizdən birinin on kafirlə döyüşmək əvəzinə, iki kafirlə döyüşməyini vacib etdi. Əgər ara­nızda kafirlərlə döyüşməyə yüz sə­birli kişi olsa, onlardan iki yüzünə qa­lib gələr; əgər aranızda min sə­birli kişi olsa, Alla­hın izni ilə ka­firlərdən iki mi­ni­nə qalib gələr. Allah Öz köməy və yardımı ilə səbir edən­ möminlərlədir.