×
الأنفالAyə 7

Muxtəsər təfsir

وَإِذْ يَعِدُكُمُ ٱللَّهُ إِحْدَى ٱلطَّآئِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ ٱلشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلْحَقَّ بِكَلِمَـٰتِهِۦ وَيَقْطَعَ دَابِرَ ٱلْكَـٰفِرِينَ ﴿٧﴾

Ey Allah yolunda cihad edən möminlər! O vaxt Allah sizə, iki müşrik dəs­tə­dən bi­ri­nin sizin ol­acağını vəd edirdini yadınıza salın! Bu dəstənin biri, sizin qənimət əldə etmək istədiyiniz müşriklərin mal-dövlətlərini daşıyan karvan, o biri isə onlara qarşı səfərbərlik elan edib, onlarla döyüşüb, onları məğlub edəcəyiniz karvan dəstəsi idi. Siz müşriklərin mal-dövlətlərini daşıyan karvanın döyüşsüz, asan bir şəkildə si­zin olmasını ar­zu­la­yır­dınız. Amma Allah sizə döyüşməyi əmr etməklə Öz kəl­mə­ləri ilə haq­qı ger­çək­ləşdir­mək, kafir­lərin başçılarının kökü­nü kəs­mək və İslam dininin qüvvəsi zahir olana qədər onlardan çoxlu sayda əsir əldə etmənizi istəyirdi.