Muxtəsər təfsir
لَا يَزَالُ بُنْيَـٰنُهُمُ ٱلَّذِى بَنَوْا۟ رِيبَةً فِى قُلُوبِهِمْ إِلَّآ أَن تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿١١٠﴾
Onların (müsəlmanlara) zərər vurmaq məqsədilə tikdikləri bu məscid, ürəkləri ölüm yaxud qılıncla öldürülüb parça-parça olana qədər qəlblərində şübhə və nifaq mənbəyi olaraq qalacaqdır. Allah qullarının əməllərini biləndir, qullarını xeyir və ya şərlə mükafatlandırmaqda hikmət sahibidir.