Muxtəsər təfsir
ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَـٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ ٱللَّهِ ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَآئِزُونَ ﴿٢٠﴾
Allaha iman gətirib, küfür diyarından İslam diyarına hicrət etməklə, malı və canı ilə Allah yolunda cihad etməyi bir araya cəm edən kimsələrin mükafatı Allah yanında başqalarından ən yüksək dərəcələrdədir. Məhz bu sifətləri özündə cəm edən kimsələr cənnətə daxil olan kimsələrdir.