Muxtəsər təfsir
لَقَدْ نَصَرَكُمُ ٱللَّهُ فِى مَوَاطِنَ كَثِيرَةٍ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنكُمْ شَيْـًٔا وَضَاقَتْ عَلَيْكُمُ ٱلْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُم مُّدْبِرِينَ ﴿٢٥﴾
Ey möminlər! Allah, sayınızın və qüvvənizin az olmasına rəğmən Allaha təvəkkül edib, səbəblərdən yapışdığınıza görə sizə müşriklərdən olan düşməninizə qarşı bir çox döyüşlərdə kömək etmişdir. Heç zaman sayınızın çoxluğu ilə qürurlanmayın, çox olmanız heç də düşmən üzərində qələbə çalmaq üçün səbəb deyildir. Hərçənd Hüneyn döyüşü günü siz sayınızın çoxluğu ilə qürurlanıb öyündünüz və: "Bu gün sayımızın çox olduğuna görə kimsə bizə qələbə çala bilməz" - dediniz, lakin sayınızın çox olması ilə qürurlanıb öyünməyiniz sizin karınıza gəlmədi. Düşmən sizi məğlub etdi. Yer üzü öz genişliyinə rəğmən sizə dar gəldi, sonra düşmənə arxa çevirib məğlub olaraq qaçdınız.