×
التوبةAyə 28

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُوا۟ ٱلْمَسْجِدَ ٱلْحَرَامَ بَعْدَ عَامِهِمْ هَـٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ ٱللَّهُ مِن فَضْلِهِۦٓ إِن شَآءَ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ حَكِيمٌ ﴿٢٨﴾

Ey Allaha və Onun Rəsuluna iman gətirib, Rəsulun şəriətinə tabe olan kimsələr! Hə­qi­qətən də, müşriklər küfür, zülm əməllərinə görə və həmçinin pis və xoşağəlməz adətləri və əxlaqları olduğu üçün murdar­dırlar. Odur ki, özlə­rinin bu ilin­dən, yəni, hicrətin doqquzuncu ilindən sonra həcc və ömrə etmələrindən aslı olmayaraq Məscidulharama yaxınlaş­ma­sınlar. Ey möminlər! Əgər müşriklərin sizə gətirdikləri qida və ticarət mallarının bundan sonra gəlməməsi səbəbindən kasıb­ olacağınızdan qor­­xur­sunuzsa, bilin ki, Allah istəsə, sizə Öz lüt­fü ilə bəs edər. Allah halınızı daha yaxşı bilir. O, sizin üçün verdiyi bu hökmlərin də hikmət sahibidir.