×
التوبةAyə 36

Muxtəsər təfsir

إِنَّ عِدَّةَ ٱلشُّهُورِ عِندَ ٱللَّهِ ٱثْنَا عَشَرَ شَهْرًا فِى كِتَـٰبِ ٱللَّهِ يَوْمَ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ مِنْهَآ أَرْبَعَةٌ حُرُمٌ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا۟ فِيهِنَّ أَنفُسَكُمْ ۚ وَقَـٰتِلُوا۟ ٱلْمُشْرِكِينَ كَآفَّةً كَمَا يُقَـٰتِلُونَكُمْ كَآفَّةً ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ ﴿٣٦﴾

Həqiqətən, Allah dərgahında il ərzindəki ayla­rın sayı on iki aydır. Allah bunu göy­lə­ri və yeri yarat­dığı ən birinci gündə Lövhi-Məh­fuzda yaz­mışdır. Allah bu on iki ayın dörd ayında döyüşməyi haram etmişdir. Bu ayların üçü: zülqədə, zülhiccə və məhərrəm ayları ardıcıl haram aylardır. O, bir ay isə, bu üç aydan ayrı olan rəcəb ayıdır. Sizə deyilən il ərzindəki ayların sayı və bu aylardan dördünün haram aylar olması doğru düzgün dindir. Odur ki, bu ay­larda düşmənlə döyüşə başlamaqla və bu ayların haramlığına səhlənkar yanaşmaqla öz canınıza zülm et­mə­yin. Müşriklər hamısı bir yer­də sizinlə vu­ruş­duq­ları ki­mi, siz də hamı­nız bir yerdə on­larla vuruşun və bilin ki, Allah, Onun əmrlərinə tabe olub Ondan qorxan və qadağalarından çəkinən müt­təqilər­lə Öz yardımı ilə birgədir. Allah kiminlə birgə olarsa onu heç kəs məğlub edə bilməz.