×
التوبةAyə 44

Muxtəsər təfsir

لَا يَسْتَـْٔذِنُكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ أَن يُجَـٰهِدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلْمُتَّقِينَ ﴿٤٤﴾

Ey Peyğəmbər! Sidq qəlbdən Allaha və qiyamət günü­nə iman gə­tirən möminlər əsla səndən Allah yolunda malları və canları ilə cihad etməmək üçün geridə qalmağa görə izin istəməzlər. Əskinə onlar nə zaman səfərbərlik elan edilsə döyüşə çıxar, Allah yolunda malları və canları ilə cihad edərlər. Allah müəyyən üzür səbəbindən döyüşə çıxa bilmədikləri üçün səndən evlərində qalmağa izin istəyən müttəqi qullarını biləndir.