×
التوبةAyə 61

Muxtəsər təfsir

وَمِنْهُمُ ٱلَّذِينَ يُؤْذُونَ ٱلنَّبِىَّ وَيَقُولُونَ هُوَ أُذُنٌ ۚ قُلْ أُذُنُ خَيْرٍ لَّكُمْ يُؤْمِنُ بِٱللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِّلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ ۚ وَٱلَّذِينَ يُؤْذُونَ رَسُولَ ٱللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ ﴿٦١﴾

Münafiqlərdən elələri də var ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həlim qəlbli olduğunu görüb, ona sözlə əziyyət verərək: "O, hər deyilən sözə inanır, haqqla batilin arasını ayırd edə bilmir!" - deyir­lər. Ey Peyğəmbər onlara belə de: "Allahın Elçisi yalnız xeyir sözlər eşidər. O, Alla­ha və sadiq möminlərin ona verdiyi xəbərlərə inanar. Onun Peyğəmbər göndərilməsi ona iman gətirən kimsələr üçün bir rəhmətdir". Allahın Elçisinə hər hansı bir əzab-əziy­yət ve­rən­ləri isə ağrılı-acılı bir əzab gözləyir.