Muxtəsər təfsir
ٱلْمُنَـٰفِقُونَ وَٱلْمُنَـٰفِقَـٰتُ بَعْضُهُم مِّنۢ بَعْضٍ ۚ يَأْمُرُونَ بِٱلْمُنكَرِ وَيَنْهَوْنَ عَنِ ٱلْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ ۚ نَسُوا۟ ٱللَّهَ فَنَسِيَهُمْ ۗ إِنَّ ٱلْمُنَـٰفِقِينَ هُمُ ٱلْفَـٰسِقُونَ ﴿٦٧﴾
Münafiq kişilər və qadınlar nifaqda bir-birinin tayıdırlar. Onlar möminlərin tam əksidirlər. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı işlər görməyi isə qadağa edərlər və əllərində olan var-dövlətdən xəsislik göstərərək Allah yolunda xərcləməzlər. Onlar Allaha itaət etməyi tərk etdilər, Allahda onları xeyir əməllərə müvəffəq etmədi. Həqiqətən, münafiqlər Allaha itaət etmək yolunda uzaq olan, haqq yolu tərk edib, özlərinə asilik və zəlalət yolunu tutan kimsələrdir.