Muxtəsər təfsir
يَحْلِفُونَ بِٱللَّهِ مَا قَالُوا۟ وَلَقَدْ قَالُوا۟ كَلِمَةَ ٱلْكُفْرِ وَكَفَرُوا۟ بَعْدَ إِسْلَـٰمِهِمْ وَهَمُّوا۟ بِمَا لَمْ يَنَالُوا۟ ۚ وَمَا نَقَمُوٓا۟ إِلَّآ أَنْ أَغْنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضْلِهِۦ ۚ فَإِن يَتُوبُوا۟ يَكُ خَيْرًا لَّهُمْ ۖ وَإِن يَتَوَلَّوْا۟ يُعَذِّبْهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمًا فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۚ وَمَا لَهُمْ فِى ٱلْأَرْضِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ ﴿٧٤﴾
Münafiqlər sənin barədə pis sözlər söyləmədiklərinə və dinə tənə etmədiklərinə dair yalandan Allaha and içirlər. Onlar həqiqətən də, sənə onlardan çatan küfr sözləri demiş, imanı gəldikdən sonra kafir olmuş və bacara bilməsələrdə haqsız yerə Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öldürmək üçün can atmışlar. Onların Peyğəmbərdən intiqam almağı yalnız Allah Öz lütfündən Peyğəmbərinə qənimətlər bəxş edərək onu varlandırdığına görədir. Əgər onlar münafiqlikdən Allaha tövbə etsələr, bu onlar üçün daha xeyirli olar. Əgər tövbə etməkdən üz döndərsələr, Allah onları dünyada qətil və ya əsir düşməklə, axirətdə də isə Cəhənnəm atəşi ilə ağrılı-acılı əzaba düçar edər. Yer üzündə onları əzabdan xilas edən nə bir dostu, nə də əzabdan qoruyan bir köməkçisi vardır.