×
التوبةAyə 84

Muxtəsər təfsir

وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٍ مِّنْهُم مَّاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِۦٓ ۖ إِنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُوا۟ وَهُمْ فَـٰسِقُونَ ﴿٨٤﴾

Ey Peyğəmbər! Heç vaxt kimliyindən aslı olmayaraq heç bir münafiq üçün cənazə namazını qıl­ma, qəbrinin üstündə durub onun bağışlanması üçün Allaha dua etmə. Çünki onlar Allaha və Onun Elçisinə küfür etdilər və Allahın itaətindən çıxmış halda öldülər. Belə bir kimsə üçün nə cənazə namazı qılınar, nə də ki, onun üçün dua edib Allahdan bağışlanma istənilər.