×
العلقAyə 15

Muxtəsər təfsir

كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ ﴿١٥﴾

Bu iş heç də bu cahil insanın təsəvvür etdiyi kimi deyil. Əgər o, qulumuza əziyyət verməyinə və onu yalançı saymağına son qoymasa, Biz onun kəkilindən tutub atəşə sürükləyəcəyik.