Muxtəsər təfsir
وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُؤْتُوا۟ ٱلزَّكَوٰةَ ۚ وَذَٰلِكَ دِينُ ٱلْقَيِّمَةِ ﴿٥﴾
Yəhudilərin və nəsranilərin cinayəti və inadkarlıqları ondan bəlli olur ki, bu Quranda onlara sadəcə öz kitablarında əmr edilənlər - təkcə Allaha ibadət edib heç nəyi Ona şərik qoşmamaq, namaz qılmaq və zəkat vermək əmr edilmişdir. Onlara əmr edilən din, içində heç bir əyriliyi olmayan doğru dindir.