Muxtəsər təfsir
قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ۚ قُلِ ٱللَّهُ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ ﴿٣٤﴾
Ey Peyğəmbər! O müşriklərə de: "Allahdan başqa ibadət etdiyiniz şəriklər arasında məxluqatı misilsiz yaratmağa, öldükdən sonra da onu əvvəlki halına qaytarmağa qadir olan varmı?!" Sən onlara de: "Məxluqatı misilsiz yaratmağa, öldükdən sonra da onları əvvəlki halına qaytarmağa yalnız Allah qadirdir. Ey müşriklər! Ssiz necə də haqdan batilə döndərilirsiniz!"