Muxtəsər təfsir
قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ ۚ قُلِ ٱللَّهُ يَهْدِى لِلْحَقِّ ۗ أَفَمَن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّىٓ إِلَّآ أَن يُهْدَىٰ ۖ فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ﴿٣٥﴾
Ey Peyğəmbər! Onlara de: "Allahdan başqa ibadət etdiyiniz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?" De: "Haqqa yalnız Allah yönəldir. Elə isə deyin görək insanları haqqa yönəldib, ona dəvət edən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa başqası ona doğru yol göstərmədikcə özü də onu tapa bilməyən kəs? Sizə nə olub ki, onların Allahın şərikləri olduğunu idda etməklə necə də batil ilə mühakimə edirsiniz? Allah sizin dediklərinizdən Uca və Böyükdür!"