Muxtəsər təfsir
ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْقُرَىٰ نَقُصُّهُۥ عَلَيْكَ ۖ مِنْهَا قَآئِمٌ وَحَصِيدٌ ﴿١٠٠﴾
Ey Peyğəmbər! Bu surədə söylənənlər, sənə xəbər verdiyimiz məhv olan məmləkətlərin bəzi xəbərləridir. Bu məmləkətlərdən bu günə qədər bəzilərinin izi qalanı da, izi silinib yerlə yeksan olan, heç bir əlaməti qalmayanı da var.