Muxtəsər təfsir
وَمَا ظَلَمْنَـٰهُمْ وَلَـٰكِن ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ۖ فَمَآ أَغْنَتْ عَنْهُمْ ءَالِهَتُهُمُ ٱلَّتِى يَدْعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَىْءٍ لَّمَّا جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍ ﴿١٠١﴾
Biz onları məhvə düçar edərək onlara zülm etmədik, lakin onlar, Allaha küfr etmələri səbəbindən özlərini həlaka sürükləyən əməllər etməklə öz nəfslərinə zülm etdilər. Ey Peyğəmbər! Rəbbinin onları məhv etmək əmri gəldikdə, Allahdan başqa ibadət etdikləri bütlər onları Allahın əzabından qurtara bilmədi. Onların bu ilahları ancaq özlərinin ziyanını və həlakını artırdı.