×
هودAyə 61

Muxtəsər təfsir

وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَـٰلِحًا ۚ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥ ۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَٱسْتَعْمَرَكُمْ فِيهَا فَٱسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى قَرِيبٌ مُّجِيبٌ ﴿٦١﴾

Biz Səmud qövmünə qar­daşları Salehi göndərdik. Saleh onlara de­di: "Ey qövmüm! Tək Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. Atanız Adəmi torpaq­dan ya­radaraq sizi də o torpaqdan yaradan və sizi yer üzündə sakin edən Odur. Elə isə On­dan bağışlanma di­lə­yin, sonra da yaxşı əməllər edib, pis əməlləri tərk etməklə Ona tərəf dönün. Şübhəsiz ki, Rəbbim, Ona ixlasla ibadət edənlərə ya­­xındır, Ona dua edənlərin çağırışa cavab verəndir!"