Muxtəsər təfsir
قَالُوا۟ يَـٰصَـٰلِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّا قَبْلَ هَـٰذَآ ۖ أَتَنْهَىٰنَآ أَن نَّعْبُدَ مَا يَعْبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِى شَكٍّ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ مُرِيبٍ ﴿٦٢﴾
Qövmü ona dedi: "Ey Saleh! Bu dəvətindən öncə sən, bizim aramızda yüksək məqama sahib olan bir kimsə idin. Biz sənin ağıllı və öyüd-nəsihət verən bir kimsə olmacağını gözləyirdik. Ey Saleh! Doğrudanmı sən atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin, bizləri tək Allaha ibadət etməyə dəvət etdiyin din barəsində şübhə içərisindəyik və elə buna görə də biz səni, Allah adından yalan danışmaqda ittiham edirik".