Muxtəsər təfsir
مُّسَوَّمَةً عِندَ رَبِّكَ ۖ وَمَا هِىَ مِنَ ٱلظَّـٰلِمِينَ بِبَعِيدٍ ﴿٨٣﴾
Bu daşlar, Allah yanında xüsusi əlamətlə nişanlanmış daşlardır. Bu daşlar Qureyşdən və onlardan başqa olan zalımlardan da uzaq deyildir. Əksinə, bu daşlar onlara yaxındır. Allah nə zaman onların üzərinə bu daşları yağdırmağı qərar versə, elə o zaman da onlara bu daşlar isabət edər.