×
هودAyə 84

Muxtəsər təfsir

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا ۚ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥ ۖ وَلَا تَنقُصُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ ۚ إِنِّىٓ أَرَىٰكُم بِخَيْرٍ وَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ مُّحِيطٍ ﴿٨٤﴾

Biz Mədyən qövmünə qar­daşları Şueybi peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Tək olan Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. İnsanlar üçün ölçüb çəkdiyiniz zaman ölçünü və çə­kini əskik etməyin. Mən sizi bol­­luq və firavanlıq için­də yaşadığınızı görü­rəm. Allahın sizə bəxş etdiyi bu nemətləri günah edərək dəyişdirməyin. Mən sizin üçün heç kəsin qaçıb canını qurtara bilməyəcəyi, əksinə, hər şeyi bü­rü­yən bir gü­­nün əzabından qorxuram. O gün siz, qaçmaq və sığınmaq üçün heç bir yer tapa bilməyəcəksiz.