Muxtəsər təfsir
وَيَـٰقَوْمِ أَوْفُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ﴿٨٥﴾
Ey qövmüm! Başqaları üçün ölçüb çəkdiyiniz zaman ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların haqqlarını çəkidə azaldaraq, onları aldadaraq və hiylə işlədərək əksik verməyin. Yer üzündə qətl törədərək və ya günah işlər görərək fitnə-fəsad yaymayın!