Muxtəsər təfsir
قَالُوا۟ يَـٰشُعَيْبُ أَصَلَوٰتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ ءَابَآؤُنَآ أَوْ أَن نَّفْعَلَ فِىٓ أَمْوَٰلِنَا مَا نَشَـٰٓؤُا۟ ۖ إِنَّكَ لَأَنتَ ٱلْحَلِيمُ ٱلرَّشِيدُ ﴿٨٧﴾
Şueybin qövmü ona belə dedi: "Ey Şueyb! Atalarımızın ibadət etdikləri bütlərdən, mallarımızı istədiyimiz kimi istifadə etməkdən və onu istədiyimiz kimi artırmaqdan əl keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllı bir insansan. Biz səni bu dəvətindən əvvəldə ağıllı və hikmətli bir insan kimi tanıyırdıq. İndi sənə nə oldu belə?!"