Muxtəsər təfsir
قَالَ يَـٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّى وَرَزَقَنِى مِنْهُ رِزْقًا حَسَنًا ۚ وَمَآ أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَآ أَنْهَىٰكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا ٱلْإِصْلَـٰحَ مَا ٱسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِىٓ إِلَّا بِٱللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ ﴿٨٨﴾
Şueyb qövmünə dedi: "Ey qövmüm! Elə isə mənə bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, Ondan bir bəsirət üzərindəyəmsə və O da Öz tərəfindən mənə halal ruzi və peyğəmbərlik bəxş etmişdirsə, onda necə olsun?! Sizə qadağan etdiyim şeyləri etməklə sizə müxalif olamq istəmirəm. Mən sadəcə bacardığım qədər sizi Rəbbinizin tövhidinə və Ona ibadət etməyə dəvət etməklə, sizlərin islah olmanızı istəyirəm. Mən buna ancaq Uca Allahın məni müvəffəq etməsi ilə nail ola bilərəm. Mən bütün işlərimdə yalnız Ona təvəkkül etdim və mən yalnız Onun hüzuruna qayıdacam.