Muxtəsər təfsir
إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَٰحِدٌ ۚ فَٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌ وَهُم مُّسْتَكْبِرُونَ ﴿٢٢﴾
Sizin haqq məbudunuz, O, heç bir şəriki olmayan, tək məbud olan Allahdır. Öldükdən sonra sorğu-sual olmaq üçün yenidən dirilməyə inanmayanların qəlbləri, Allahdan qorxmadıqları üçün Onun vəhdaniyyətini inkar edərlər. Onların qəlbləri, Qiyamət günü sorğu-sual ediləcəklərinə və əzab görəcəklərinə imanmır. Özləri də təkəbbürlüdürlər, haqqı qəbul etməz və ona boyun əyməzlər.