×
النحلAyə 23

Muxtəsər təfsir

لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْتَكْبِرِينَ ﴿٢٣﴾

Şübhə yoxdur ki, Allah on­ların gizlində və aşka­rda etdikləri əməllərin hamısını bilir. Bu əməllərdən Ona heç bir şey gizli qalmaz. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir. Həqi­qətən, Allah, Ona ibadət etməkdə təkəb­bürlük edib, Ona boyun əyməyi özünə sığışdırmayanları sev­məz, əksinə onlara qəzəblənər!