×
النحلAyə 41

Muxtəsər təfsir

وَٱلَّذِينَ هَاجَرُوا۟ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ لَنُبَوِّئَنَّهُمْ فِى ٱلدُّنْيَا حَسَنَةً ۖ وَلَأَجْرُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿٤١﴾

Kafirlərin əzabına və onların işgəncəsinə məruz qaldıqdan sonra öz yurdlarını, ailələrini və mal-dövlətlərini tərk edib, Allahın rizasını umaraq, küfür diyarından İslam diyarına hicrət edən kimsələri dünya həyatında onları izzətli olacaqları gözəl bir məs­kəndə sakin edəcəyik. Onların axi­rət mü­kafatı isə bundan da da­ha böyük­ olacaqdır, bu isə Cənnətdir. Əgər hicrət etməyib, geridə qalanlar, hicrət edənlərin Allah qatındakı savab və mükafatını bilsəydilər, hicrət etməkdən əsla geridə qalmazdılar.