Muxtəsər təfsir
ٱلَّذِينَ صَبَرُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ﴿٤٢﴾
Allah yolunda hicrət edən bu mühacirlər, qövmlərinin əziyyətlərinə, ailələrindən və mal-dövlətlərindən ayrı qalmağa və Allaha itaət etməyə səbrli olan kimsələrdir. Onlar hər işlərində yalnız Allaha güvənərlər. Elə bu üzdən Allah da onlara belə böyük bir mükafat bəxş etmişdir.