Muxtəsər təfsir
وَضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلَيْنِ أَحَدُهُمَآ أَبْكَمُ لَا يَقْدِرُ عَلَىٰ شَىْءٍ وَهُوَ كَلٌّ عَلَىٰ مَوْلَىٰهُ أَيْنَمَا يُوَجِّههُّ لَا يَأْتِ بِخَيْرٍ ۖ هَلْ يَسْتَوِى هُوَ وَمَن يَأْمُرُ بِٱلْعَدْلِ ۙ وَهُوَ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ ﴿٧٦﴾
Uca Allah müşriklərin iddialarına başqa bir məsəl çəkməklədə cavab vermişdir, bu məsəl iki kişi barəsində məsəl çəkdi; onlardan biri laldır, eşitməz, danışmaz və heç bir şey anlamaz. Kar və lal olduğu üçün özünə və başqalarına fayda verməkdən aciz qalmış bir kimsədir. Bu insan onun qayğısına qalan və ona görə məsuliyyət daşıyan kimsələr üçün üzərlərində ağır bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz və istədiyini əldə edə bilməz. Məgər halı belə olan bir kimsə, eşidən, görən, danışan, başqalarına fayda verən, özü doğru yolda olub insanlara ədalətli işlər görməyi əmr edən bir kimsə ilə eyni bir səviyyədə ola bilərmi? Ey Müşriklər! Elə isə Cəlal və Kamil sifətlərə sahib olan Uca Allahı, eşitməyən, danışmayan, fayad verməyən və zərəri aradan qaldıra bilməyən bütlərinizi necə tay tutursunuz?!