×
النحلAyə 77

Muxtəsər təfsir

وَلِلَّهِ غَيْبُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَآ أَمْرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمْحِ ٱلْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ﴿٧٧﴾

Göylərdə və yerdə qizli qalan bütün işlərin elmi yalnız Uca Allaha aiddir. Bütün bunların elmi heç bir məxluqda deyil, yalnız Uca Allahdadır. Allaha məxsus sirlərdən biridə, Qiyamət saatının Allahın istədiyi vaxt sürətli bir şəkilə hətta gözü qırpıb açmaqdan da daha tez bir zamanda gəlməsidir. Əksinə, qiyamətin qopma saatı bundan da daha yaxındır. Həqiqətən, Allah hər şeyə qa­dirdir. Onu heç bir şey aciz edə bilməz. O, bir işin olmasını istədikdə ona yalnız: "Ol" deyər, oda dərhal olar!