Muxtəsər təfsir
وَٱللَّهُ أَخْرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَـٰتِكُمْ لَا تَعْلَمُونَ شَيْـًٔا وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿٧٨﴾
Ey İnsanlar! Allah sizi hamiləlik müddəti sona yetişdikdən sonra analarınızın bətnindən heç nə anlamayan körpə olaraq çıxartdı. Allahın sizə bəxş etdiyi nemətlərinə şükür edəsiniz deyə, eşitməniz üçün sizə qulaq, görə bilməniz üçün göz və başa düşüb, dərk etməniz üçün sizə ürək verdi!