Muxtəsər təfsir
وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِى ٱلْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلَّآ إِيَّاهُ ۖ فَلَمَّا نَجَّىٰكُمْ إِلَى ٱلْبَرِّ أَعْرَضْتُمْ ۚ وَكَانَ ٱلْإِنسَـٰنُ كَفُورًا ﴿٦٧﴾
Ey Müşriklər! Dənizdə sizə bir fəlakət üz verib, batmaqdan qorxduğunuz zaman Allahdan başqa tapındığınız bütlər yadınızdan çıxar. Siz o vaxt ancaq Allahı xatırlayıb yalnız Ondan yardım diləyirsiniz. Uca Allah sizə yardım edərək, sizi suda batmaqdan xilas edib quruya çıxartdıqda isə siz, Allahın vəhdaniyyətini qəbul etməkdən, yalnız Ona dua və ibadət etməkdən üz döndərib yenidən bütlərə ibadət edirsiniz. Həqiqətən, insan Allahın nemətlərinə qarşı çox nankordur!