×
الإسراءAyə 68

Muxtəsər təfsir

أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ ٱلْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُوا۟ لَكُمْ وَكِيلًا ﴿٦٨﴾

Ey Müşriklər! Yoxsa Allah sizi dənizdə batmaq təhlükəsindən xilas etdikdən sonra sizi quruda yerə batır­ma­yacağına, yaxud da Lut qövmünə etdiyi kimi səmadan üstü­nü­zə daş-kəsək yağdırmayacağına əminsiniz? Bundan son­ra nə sizi bu fəlakətdən qo­ru­yan tapılar, nə də ki, yardım edən bir yardımçı.