Muxtəsər təfsir
أَقِمِ ٱلصَّلَوٰةَ لِدُلُوكِ ٱلشَّمْسِ إِلَىٰ غَسَقِ ٱلَّيْلِ وَقُرْءَانَ ٱلْفَجْرِ ۖ إِنَّ قُرْءَانَ ٱلْفَجْرِ كَانَ مَشْهُودًا ﴿٧٨﴾
Günəş səmanın ortasından batmağa meyl etdikdən bəri ta gecənin zülmətinə qədər namazı bəlli vaxtlarda kamil şəkildə qıl. Bu, zöhr, əsir, məğrib və işa namazlarına aiddir. Fəcr namazını da vaxında qıl və bu namazda qiraəti uzun et! Çünki fəcr namazında gecə və gündüz mələkləri iştirak edirlər.