Muxtəsər təfsir
وَمِنَ ٱلَّيْلِ فَتَهَجَّدْ بِهِۦ نَافِلَةً لَّكَ عَسَىٰٓ أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا ﴿٧٩﴾
Ey Peyğəmbər! Gecənin bir vaxtı qalx və Rəbbin səni daha da yüksək məqamlara qaldırmaq üçün gecə namazı qıl. Bəlkə buna görə Rəbbin səni Qiyamət günü bütün insanların qorxu, sıxıntı içində olduqları bir vaxt insanlara bir şəfaətçi olaraq diriltsin və səni əvvəlkilərin və sonrakıların tərifləyib bəyəndikləri böyük bir şəfaət məqamına nail etsin!