Muxtəsər təfsir
وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓا۟ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓا۟ أَبَعَثَ ٱللَّهُ بَشَرًا رَّسُولًا ﴿٩٤﴾
Kafirlərə, Allaha və Onun elçisinə iman etmələrinə və Peyğəmbərin (səllallahu aleyhi vəə səlləm) gətirdiyinə əməl etməyə mane olan sadəcə olaraq onlara göndərilən elçinin özləri kimi bir bəşərdən olması idi. Onlar buna inkar edərək: "Allah bizə elçi olaraq bəşərdən olan bir insanmı göndərdi?!" – dedilər.