Muxtəsər təfsir
قُل لَّوْ كَانَ فِى ٱلْأَرْضِ مَلَـٰٓئِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكًا رَّسُولًا ﴿٩٥﴾
Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Əgər yer üzündə yaşayanlar və orada sizin kimi arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, Biz onlara öz cinslərindən olan bir mələk elçi göndərərdik. Çünki bu zaman yalnız mələk onlara göndərilən şeyi anlada bilərdi. Əgər yer üzündə mələklər olsaydı, onlara bəşərdən olan bir elçi göndərməyimiz də hikmətdən olmazdı. Sizində halınız belədir!"