×
الكهفAyə 45

Muxtəsər təfsir

وَٱضْرِبْ لَهُم مَّثَلَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَـٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخْتَلَطَ بِهِۦ نَبَاتُ ٱلْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ ٱلرِّيَـٰحُ ۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ مُّقْتَدِرًا ﴿٤٥﴾

Ey Peyğəmbər! Dünya həyatına aldananlara belə bir məsəl çək. Bu dünya həyatının məsəli, tez bir zaman da yox olan göy­dən endirdiyimiz yağışa bən­zər ki, bu yağış suyu ilə yer­ üzündəki bitkilər ye­ti­şib, bəhrə verər, sonra parçalanıb çör-çöpə dönər və sonda küləklər onu sovu­rub uzaq bir yerlərə aparar, beləliklə də, yer əvvəlki halına dönər. Allah hə şeyə qadir­dir. Onu heç bir şey aciz edə bilməz. O, istədiyinə həyat verər və istədiyini də həlak edib, yox edər!